Zol-Göyəç
Zol-Göyəç - Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. Bolnisi Bələdiyyəsindən 13 kilometr uzaqlıqda yerləşir.
== Tarixi ==
Kəndin salınma tarixi təqribən XVIII əsrin sonu XIX əsrin ortalarına təsadüf edir. Kəndin ilkin adı "Beş Öylü" ("Beş Evli") olub. Kəndin belə adlandırılmağına səbəb o kəndin ilk sakinlərinin cəmi beş türkdilli ailədən ibarət olması olub.
== Fiziki-coğrafi mövqeyi ==
== Əhalisi ==
Əhalisi 2576 nəfərdir. Əhalinin etnik tərkibi 100% Azərbaycanlılardan ibarətdir.
Əhali Maldarlıq Və əkinçilik ilə məşğul olur.
Məmmədov Elşən Vaqif oğlu (3 iyul 1992 – 25 sentyabr 2015) — Azərbaycanın Tərtər rayonunda cəbhə bölgəsində atışma zamanı şəhid olmuşdur. Və kənddə Şəhid Elşən Məmmədov Xatirəsinə Zol Göyəç Məscidi önündə bulaq tikilmişdir!